Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir çərçivəsində ictimai-siyasi fəaliyyətdə və humanitar-elmi sahənin inkişafında göstərdiyi xidmətlərə görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva Fəxri fərman ilə təltif olunmuşdur.
Mükafat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən təqdim edilmişdir.
Zöhrə Əliyeva Azərbaycan humanitar elmini beynəlxalq müstəvidə uğurla təmsil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.