Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.05.2026 16:08
  • A-
  • A
  • A+

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə dinlənilib

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə dinlənilib

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində keçirilən seminar çərçivəsində institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəl.ü.f.d., dosent Rübabə Şirinovanın “XIII əsr ilahiyyat abidəsi: əl-Viqayə əsəri” mövzusunda mühazirəsi dinlənilib.

Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda alim XIII əsrin ən mühüm və klassik əsərlərindən biri olan “əl-Viqayə” əsəri, bu əsərə yazılan şərhlər, haşiyələr, təliqlər, əsərin türk, fars və rus dilində olan tərcümələri haqqında ətraflı məlumat verib. Seminar çərçivəsində əməkdaşımız tələbələrə Əlyazmalar İnstitutunun fondunda saxlanılan ərəbdilli əlyazma nüsxələrindən nümunələr göstərib. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: