Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.05.2026 17:30
  • A-
  • A
  • A+

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib

Mayın 14-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda Bölmənin rəhbərliyi və üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

O, Azərbaycanın 17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməyə hazırlaşdığını bildirib, bu mötəbər beynəlxalq tədbirdə çoxsaylı dövlət və hökumət rəhbərlərinin, eləcə də rəsmi nümayəndə heyətlərinin iştirakının nəzərdə tutulduğunu vurğulayıb.Akademik İradə Hüseynova bu kimi nüfuzlu bir tədbir ərəfəsində Bölmənin Ümumi Yığıncağının, həmçinin “Dayanıqlı urban sistemləri: ekologiya, texnologiyalar və sağlamlıq vektorları” mövzusunda elmi sessiyanın keçirilməsinin xüsusi aktuallıq daşıdığını qeyd edib.

Alim ölkə Prezidentinin “Azərbaycan Respublikasında 2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan edilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, Bölmə institutlarının bu prosesdə elmi-tədqiqat potensialının səfərbər edildiyini diqqətə çatdırıb.

2026-cı il ərzində Bölmə üzrə həyata keçirilmiş əhəmiyyətli elmi və təşkilati tədbirlərə də toxunan akademik İradə Hüseynova Bölmənin üzvü olan bir sıra tanınmış alimlərin yubiley tədbirlərinin keçirildiyini xatırladıb. O, bu kimi tədbirlərin elmi ənənələrin qorunması baxımından mühüm rol oynadığını qeyd edib.

Ümumi Yığıncaqda, həmçinin akademik Məmmədtağı Cəfərovun anadan olmasının 90, akademik Ədilə Namazovanın anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı və s. qərarlar qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: