Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.05.2026 12:24
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə 500 ədəd kitab bağışlayıb

Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə 500 ədəd kitab bağışlayıb

AMEA Nəsimi adına Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə 500 ədəd elmi və tədris kitabı bağışlayıb.

Sözügedən nəşrlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, dialektoloji xüsusiyyətləri, leksikoqrafiya və terminologiya məsələləri, türk dilləri, eləcə də klassik ədəbi irsin dil xüsusiyyətlərinin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Universitet rəhbərliyi və tələbələr kitabların tədris və elmi işlərdə əhəmiyyətli rol oynayacağını qeyd ediblər. Rektor professor Anar Eminov bildirib ki, bu təşəbbüs tələbələrin bilik səviyyəsinin artırılmasına və elmi fəaliyyətlərin genişləndirilməsinə xidmət edəcək.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli isə belə təşəbbüslərin təhsil və elmin inkişafına töhfə verdiyini vurğulayıb.

Bu proses, həmçinin  müəssisəsilər arasında əməkdaşlığın möhkəmləndirilməsinə imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: