Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2026 21:35
  • A-
  • A
  • A+

Rəyasət Heyəti aparatının əməkdaşı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən konfransda çıxış edib

Rəyasət Heyəti aparatının əməkdaşı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən konfransda çıxış edib

Mayın 15-də AR ETN Botanika İnstitutu və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə “Conservation of Biodiversity of the Megapolis (on the example of Sea Breeze Baku)” (“Meqapolislərin biomüxtəlifliyinin qorunması (Sea Breeze Bakı nümunəsində”) mövzusunda təqdimat edib.

Təqdimatın nəticəsi olaraq, Sea Breeze resortun göstəriciləri, əhalisinin sayı, yaşıllaşdırma işlərinin uğurlu nəticələrini nəzərə alaraq, gələcəkdə şəhər statusuna layiq görülməsini və “Biofil şəhərlərin şəbəkəsi”nə daxil olmasını təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: