Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2026 10:42
  • A-
  • A
  • A+

Xəzər dənizinin sahilboyu ərazisində arxeoloji kəşfiyyat işləri aparılıb

Xəzər dənizinin sahilboyu ərazisində arxeoloji kəşfiyyat işləri aparılıb

AMEA Lənkəran Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, arxeoloq, tarix üxrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, Almaniyanın Marbuq Filipp Universitetinin arxeoloqu və professoru, Sualtı arxeologiya üzrə tanınmış mütəxəssis, Sualtı Arxeologiyanın Təşviqi üzrə Alman Cəmiyyətinin prezidenti, Winfried Held və Münhen Universitetinin doktoru, ARUCAD (ŞKTC) və ADMİU-nun professoru, Klassik  Arxeologiya və İncəsənət Tarixi üzrə ekspert Latife Summerer ilə birgə Xəzər dənizinin Lənkəran şəhərinin hissəsində, dəmiryolu  stansiyasının yaxınlığındakı sahilboyu ərazidə arxeoloji kəşfiyyat işləri aparıblar.

Arxeoloji kəşfiyyat işləri həmin ərazidə 2 km radiusda aparılmış, nəticədə sahilboyu ərazidən XI-XIII əsrlərə aid çoxlu miqdarda şirsiz və şirli saxsı qab fraqmentləri toplanılmışdır. Ehtimal olunur ki, bu ərazidə vaxtilə orta əsrlərə aid yaşayış yeri olmuş və Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin yaşayış yeri dəniz suların altında qalmışdır. Sahilboyu ərazi diqqətlə nəzərdən keçirilmış və gələcəkdə burada müasir metodlarla birgə tədqiqatların aparılması məsələləri də müzakirə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: