Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2026 11:05
  • A-
  • A
  • A+

RSXM əməkdaşları sertifikatla təltif olunublar

RSXM əməkdaşları sertifikatla təltif olunublar

Amerika Geofizika Birliyinin “Tectonics” jurnalında dərc olunmuş “Surface Rupturing Earthquakes of the Greater Caucasus Frontal Thrusts, Azerbaijan” adlı elmi məqalənin müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub.

Sertifikatların verilməsinin əsas səbəbi məqalənin 2024 - cü ildə jurnalda dərc olunan məqalələr arasında ən çox oxunan elmi iş olmasıdır.

Qeyd edək ki, məqalədə Böyük Qafqazın cənub ətəklərində, çöl xəritələrinin çəkilməsi, qırılma xəndəklərinin qazılması və dördüncü dövrün tarixinə əsaslanaraq Azərbaycanda Kür qırışıqlıq qurşağının ilk paleosesmik tədqiqatının nəticələrini təqdim edilib. Aparılmış tədqiqat işləri zamanı Ağsu və Göyçay ərazilərində paleoseysmoloji xəndəklər qazılmış, aktiv tektonik qırılmalar araşdırılmış, qədim zəlzələlərin izləri müəyyən edilmiş və regionun gələcək seysmik təhlükə potensialı qiymətləndirilmişdir. Məqalə tədqiqatlarda iştirak edən xarici alimlərlə birgə yazılıb. Elmi məqalənin həmmüəllifləri bunlardır: Ian Pierce, Ibrahim Guliyev, Gurban Yetirmishli, Rauf Muradov, Sabina Kazimova, Rashid Javanshir, Gregory P. De Pascale, Ben Johnson, Neill Marshall, Richard Walker və Paul Wordsworth.

Qeyd edək ki, bu uğur Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdikləri seysmoloji tədqiqatların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: