Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2026 15:02
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” mövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” mövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda Beynəlxalq elmi konfransda iştirak ediblər.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və tədqiqatçıların qatıldığı konfransda institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Leyla Kərimova “Türkçülüyün əbədiyyət yolçusu Xalid Səid Xocayev və onun türkoloji fəaliyyəti”, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva və elmi işçiləri – Ramidə Abbasova və Lalə Hüseynova müvafiq olaraq “Türk dünyasının elmi körpüsü: Mehmet Fuad Köprülü və ortaq mədəni irs” və “Bəxtiyar Vahabzadənin əsərlərində Azərbaycan-Türkiyə qardaşlığı” mövzularında məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Sonda əməkdaşlarımız geniş və əhatəli çıxışlarına görə təşkilatçı qurumların sertifikatına layiq görülüblər. 

Qeyd edək ki, Beynəlxalq elmi konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Yunus Emre İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: