Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2026 12:04
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib

Türk Dünyası Yörük Türkmən Birliyinin və Marmara Universitetinin təşkilatçılığı ilə İstanbul şəhərində "Türk dostluğuna əsaslanan əməkdaşlıq: Beynəlxalq münasibətlər: Tarixdən gələcəyə perspektivlər” adlı III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konfransı keçirilib.

Tədbirdə ölkənin müxtəlif elm va təhsil müəssisələrini təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.

Konfrans çərçivəsində dövlətçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunması, türkçülük ideologiyaları, türk xalqları ədəbiyyatı və müasir elmlərin inkişaf istiqamətlərinə dair məruzələr dinlənilib.

Beynəlxalq konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı,  filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova "Mədəniyyətlərarası dialoq perspektivində Türk- Çin dostluğu: Çin ədəbiyyatında türk imgəsi və mədəni əlaqələr" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ortaq ədəbi-mədəni dəyərlər, Türk və Çin xalqları arasında əlaqələr və qarşılıqlı mədəni təsirlər araşdırılıb.

Konfrans çərçivəsində müxtəlif elm və təhsil müəssisələrin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: