Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2026 20:26
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib

Dilçilik İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq konfransda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova “Türk dostluğu əsaslı əməkdaşlıq; tarixdən gələcəyə beynəlxalq münasibətlərin perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar konqresində iştirak edib.

O, “Türkiyə və Azərbaycan mediasında diplomatiya dili” adlı məruzə ilə çıxış edib. Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Yaponiya, Almaniya, Hindistan, Cənubi Koreya, ABŞ, Kanada, İtaliya və diğər ölkələrdən 100-ə yaxın elm adamının iştirak etdiyi sözügedən tədbir İstanbulda Mərmərə Universiteti və Türk Dünyası Yörük Türkmən Birliyinin Təşkilatçılığı, Türk Dövlətləri Birliyinin Təşkilatı, TÜRKSOY, TİKA, YTB, Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə təşkil olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: