Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2026 10:50
  • A-
  • A
  • A+

Dosent Fərhad Quliyev Qızıl Orda irsi ilə bağlı beynəlxalq simpoziumda çıxış edib

Dosent Fərhad Quliyev Qızıl Orda irsi ilə bağlı beynəlxalq simpoziumda çıxış edib

Qazaxıstanın paytaxtı Astanada "Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, kimlik" adlı beynəlxalq simpozium keçirilib.

Tədbirdə 23 ölkədən 300-dən çox aparıcı alim, ekspert və mütəxəssis iştirak edib.

UNESCO-nun dəstəyi ilə keçirilən simpoziuma Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev sədrlik edib. İştirakçılar arasında tanınmış beynəlxalq və dövlət rəsmiləri də təmsil olunublar.

İlk dəfə olaraq belə bir formatda keçirilən simpoziumun fəaliyyəti dövründə Qızıl Orda tarixi ilə bağlı nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini vahid məkanda bir araya gətirən sərginin açılışı olub.

Simpoziumda geniş tərkibdə Azərbaycandan nümayəndə heyəti də iştirak edib. Tədbirdən sonra simpozium iştirakçıları Qızıl Orda irsinin öyrənilməsi və populyarlaşdırılmasına beynəlxalq akademik ictimaiyyətin razılaşdırılmış yanaşmalarını əks etdirən qətnamə qəbul ediblər. Qətnamə, tədqiqat mərkəzlərinin, beynəlxalq təşkilatların və akademik qurumların nümayəndələrinin iştirak etdiyi, eləcə də humanitar, elmi və təhsil əməkdaşlığının inkişafında iştirak edən müvafiq təşkilatların dəstəyi ilə Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qızıl Ordanın Azərbaycanın arxeoloji abidələrində izləri” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Qızıl Ordaya həsr olunmuş konfransın hər il keçirilməsi ilə bağlı Qazaxıstan Respublikası hökumətinin qərarı simpozium iştirakçılarına çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: