Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2026 11:58
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə məruzə ediblər

Dilçilik İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə məruzə ediblər

UNESCO, Ardahan vilayəti Milli Təhsil İdarəsi, Yay Nəşrləri və Türk Dövlətləri Təşkilatının Orhun Fondu ilə əməkdaşlıq çərçivəsində Ardahan Universitetində III Beynəlxalq Ədəbiyyat, Dil və Təhsil Tədqiqatları simpoziumu keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva və Terminologiya şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Aytən Hüseynova-Qəhrəmanlı simpoziumda məruzə ediblər.

Simpozium türk xalqlarının ortaq dil, ədəbiyyat və mədəniyyət dəyərlərinin elmi müstəvidə araşdırılması, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və türk dünyasının elmi-mədəni inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə məhsuldar elmi müzakirələr aparılmış, gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: