Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2026 13:58
  • A-
  • A
  • A+

Gəncə Bölməsində 28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Gəncə Bölməsində 28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

AMEA-nın Gəncə Bölməsində 28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

“Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi: İstiqlalımızın memarlıq zəfəri” mövzusundakı  tədbir  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla  anılıb.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq, bu dəyirmi masanın 28 May Müstəqillik Günü ərəfəsində keçirildiyini qeyd edərək, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifələrindən olduğunu vurğulayıb və onların elmi fəaliyyətlərini ölkəmizin qüdrətlənməsinə töhfə kimi xarakterizə edib.

Akademik Fuad Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və dünyanın hazırki inkişaf qanunauyğunluqlarına uyğun surətdə davam etdirildiyini qeyd edib.  Məhz  Müzəffər Ali Baş Komandanın qüdrətli dövlət və ordu quruculuğunun təntənəsi kimi, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyünün tam bərqərar olduğunu vurğulayıb.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu cür elmi görüşlərin Böyük Zəfərimizin davamı olan Böyük Qayıdışın, Qarabağ və Şərqi Zəngəzurun bərpası və çiçəklənməsi  yönündə ölkə başçısı tərəfindən həyata keçirilən işlərin  miqyası ilə səsləşməsinin vacibliyini vurğulayıb.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Cümhuriyyət ənənəsindən Heydər Əliyev dövlətçiliyinə gedən yol”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ulu Öndər Heydər Əliyevin rolu”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, t.ü.f.d. dosent Nərgiz Rəsulova  “AXC dövründə parlament və demokratik idarəetmə ənənələri”, AMEA-nın Gəncə Bölməsinin Elm və Təhsil şöbəsinin rəisi, k.ü.f.d. Aynurə Həsənova “Müstəqilliyimiz - təməlimiz, Şəhərlərimiz - gələcəyimizdir!”, AMEA-nın Gəncə Bölməsinin Elmi Kitabxanasının müdiri Vüsalə Hüseynova “İstiqlal tariximiz kitablarda”, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Cümhuriyyətə işıq saçan gənclər” mövzularında çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: