Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2026 09:52
  • A-
  • A
  • A+

Botanika İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Botanika İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

ETN Botanika İnstitutunda “İnsan Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirici seminar keçirilib.

Seminarı Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva açaraq tədbirin əhəmiyyəti və məqsədləri barədə məlumat verib. O bildirib ki, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Seminar çərçivəsində Botanika İnstitutunun hüquq məsləhətçisi Firuzə Həsənli “İşçi hüquqları və işəgötürənin məsuliyyəti” mövzusunda çıxış edərək əmək münasibətlərinin hüquqi əsasları, işçilərin hüquqları, işəgötürənlərin öhdəlikləri və əmək qanunvericiliyində nəzərdə tutulan hüquqi mexanizmlər barədə ətraflı məlumat verib.

Sonra dəvət olunmuş hüquq məsləhətçisi Bəhlul Abdullazadə “İşçilərin məzuniyyət hüququ və onlara verilən təminatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə əmək qanunvericiliyində məzuniyyət hüququnun tənzimlənməsi, sosial təminatlar, işçilərin istirahət hüququ və bu sahədə tətbiq olunan hüquqi normalar barədə geniş məlumat təqdim olunub.

Tədbirdə əməkdaşları maraqlandıran suallar cavablandırılıb, əmək hüquqları sahəsində fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: