Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2026 10:28
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 2026-cı ilin yarımillik hesabatına dair müşavirə keçirilib

Mərkəzi Elmi Kitabxanada 2026-cı ilin yarımillik hesabatına dair müşavirə keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademiya da keçiriləcək 2026-cı ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclasına hazırlıq məqsədilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən MEK-in  direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov ötən yarımil ərzində kitabxananın fəaliyyəti barədə danışıb.

Direktor elmi-informasiya xidmətinin təkmilləşdirilməsi, elektron resursların zənginləşdirilməsi, oxuculara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və həyata keçirilən digər layihələri nəzərdən keçirib.

Hüseyn Hüseynov qarşıda duran vəzifələri diqqətə çatdıraraq şöbə və fondların  fəaliyyətinin daha da səmərəli təşkili, hesabatların hazırlanması və görülən işlərin sistemləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Müşavirədə, həmçinin yarımillik hesabatın hazırlanması ilə bağlı təklif və rəylər dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: