Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.06.2026 15:08
  • A-
  • A
  • A+

AMEA-nın futbol komandası “Sağlam həmkar” minifutbol turnirində uğurlu çıxış edib

AMEA-nın futbol komandası “Sağlam həmkar” minifutbol turnirində uğurlu çıxış edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə keçirilən “Sağlam həmkar” minifutbol turnirinə start verilib.

Turnirdə AHİK-in üzv təşkilatlarını təmsil edən 17 komanda 4 qrup üzrə mübarizə aparır. Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə formalaşmış komandamız yarışda iştirak edərək B qrupunda mübarizə aparır.

AMEA-nın komandası turnirə uğurlu başlayaraq ilk oyununda “Bakı Steel Company” QSC işçilərinin komandasını 2:1 hesabı ilə məğlub edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada AMEA komandasının üzvləri yüksək oyun intizamı, əzm və komanda ruhu nümayiş etdirərək növbəti mərhələlərə iddialı olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, “Sağlam həmkar” minifutbol turnirinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təşviqi, həmkarlar ittifaqları üzvləri arasında dostluq münasibətlərinin və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də idmana marağın artırılmasıdır.

Turnir iyulun 10-da keçiriləcək final oyunu ilə başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: