Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.06.2026 09:50
  • A-
  • A
  • A+

Arxeoloq alim beynəlxalq konfransda Azıx və Tağlar mağaralarında aparılan tədqiqatlar barədə məruzə edib

Arxeoloq alim beynəlxalq konfransda Azıx və Tağlar mağaralarında aparılan tədqiqatlar barədə məruzə edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çərçivəsində “Türkdilli dövlətlərdə mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi” mövzusunda beynəlxalq onlayn elmi praktik konfrans keçirilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutu, Özbəkistan Respublikasından Səmərqənd Dövlət Muzey Qoruğu, Qazaxıstan Respublikasından Sarayşıq Dövlət Tarix Muzey Qoruğu və Həzrət Sultan Milli Tarix Mədəniyyət Muzey Qoruğunun əməkdaşlarının iştirakı ilə keçirilən konfrans Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun elmi işçisi Vəfa Əliyevanın moderatorluğu ilə baş tutub. Konfransda, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən tarix mədəniyyət qoruqlarının əməkdaşları da iştirak ediblər.

Konfransda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Qarabağda bərpa olunan arxeoloji tədqiqatlar: tarixin zəfərlə yenidən yazılması” mövzusunda məruzə ilə çıxış edib. İşğaldan azad olunmuş Azıx və Tağlar mağarasında aparılan beynəlxalq tədqiqatlarda iştirak edən Y.Məmmədov çıxışında əldə olunmuş ilkin nəticələr barədə konfrans iştirakçılarına geniş məlumat verib. Qeyd etmək lazımdır ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən 2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb və hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: