Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.06.2026 11:42
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin tədris təcrübəsi davam edir

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin tədris təcrübəsi davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin “Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” ixtisası üzrə təhsil alan  528-24 və 528-9-23 saylı qrup tələbələrinin Polimer Materialları İnstitutunda tədris təcrübəsi davam edir.

Tələbələr institutun Makromonomer əsaslı polimer materiallar, Elektro- və bioaktiv роlimеr materialları və Biomimetik polimer materiallar laboratoriyaları, Polimer materiallarının fiziki - mexaniki tədqiqatları və Fiziki-kimyəvi analiz şöbələrində yerinə yetirilən elmi-tədqiqat  işlərinə uyğun aparılan təcrübələr ilə əyani tanış olaraq peşəkar mütəxəssilərin təcrübələrindən yararlanmaq, bilik və bacarıqlarını artırmaq imkanı əldə edirlər. Onlara təhsil müddətində öyrəndikləri  bilikləri iş mühitində tətbiq etmələri üçün şərait yaradılır.

Tələbələrin təcrübə müddəti 05 iyul 2026-cı il tarixinə qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: