Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.06.2026 16:05
  • A-
  • A
  • A+

MEK-in direktoru Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirədə iştirak edib

MEK-in direktoru Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə  həsr olunmuş ictimai müzakirədə iştirak edib

Milli Məclisin Mədəniyyət komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib.

Müzakirədə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov da iştirak edib.

Çıxışlarda kitabxana fəaliyyətinin rəqəmsallaşdırılmasının, elektron kataloqların və elektron kitab fondlarının genişləndirilməsinin, kitabxanaların vahid elektron sistem üzərindən inteqrasiyasının əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kitabxana xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, oxucuların istənilən vaxt və məkandan informasiya resurslarına çıxış imkanlarını da genişləndirir.

Tədbirdə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət komitəsinin üzvləri, Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov, Milli Məclis Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: