Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2026 11:32
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirilib

Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Əvvəlcə İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri Firudin Rzayevi filologiya elmləri doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. 

Bölmənin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov AMEA Naxçıvan Bölməsində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda keçiriləcək respublika elmi konfransına hazırlığın vəziyyəti barədə məlumat verib. Qeyd edilib ki, AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 26-28 iyunda keçiriləcək konfransa hazırlıq işləri yekunlaşmaq üzrədir. Təqdim edilən məqalələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçilib.

İclasda akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsində əmək intizamına nəzarət və əməl edilməsi haqqında, Bölmədə 2026-cı ildə aparılan arxeoloji ekspedisiyalar və çöl tədqiqatları barədə danışıb.

AMEA Naxçıvan Bölməsi Həmkarlar Təşkilatının sədri Gözəl Qənbərova Bölmənin Həmkarlar Təşkilatının  2026-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, Təşkilat fəaliyyətini günün tələbləri səviyyəsində qurur, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, əmək şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlər həyata keçirir.

Sonra akademik İsmayıl Hacıyev Rəşad Zülfüqarovu bölmənin sədr müavini təyin olunması münasibətilə təbrik edib, onu kollektivə təqdim edib.

Sonda Rəyasət heyəti 2026-cı il üçün doktoranturaya sənəd qəbulunun yekunları barədə çıxışı dinləyib, kadr məsələləri ilə bağlı məlumatları nəzərdən keçirib və cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: