AMEA-nın Şəki Regional Elmi Mərkəzində Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri, b.ü.f.d., dosent Qüdürət Bəkirovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəki Regional Elmi Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov alimin zəngin elmi irsindən bəhs edərək onun elmi-tədqiqat sahəsindəki xidmətlərini yüksək qiymətləndirib.
Yubilyar səmərəli elmi fəaliyyəti və 65 illik yubileyi münasibətilə Şəki Regional Elmi Mərkəzinin Fəxri fərmanı ilə təltif olunub.
Tədbirdə çıxış edənlər yubilyarın uzun illər ərzində elmi fəaliyyət sahəsində qazandığı uğurlardan, peşəkarlığından və elmə verdiyi töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, Qüdürət Bəkirov öz məsuliyyətli fəaliyyəti, zəngin elmi təcrübəsi və yüksək insani keyfiyyətləri ilə həmkarları arasında böyük hörmət qazanıb.
İştirakçılar görkəmli alimi 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayıblar.
Sonda Qüdürət Bəkirov göstərilən diqqətə görə mərkəzin rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib, bundan sonra da elmi fəaliyyətini eyni məsuliyyət və əzmlə davam etdirəcəyini vurğulayıb.
Sonda yubilyara xoş arzular çatdırılıb, xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.