Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2026 14:52
  • A-
  • A
  • A+

Lənkəran REM-in 2026-cı ilin I yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Lənkəran REM-in 2026-cı ilin I yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 2026-cı ilin I yarım ili üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatı dinlənilib.

Tədbirə AMEA Rəyasət Heyəti Aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov və xidmətin baş mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva Zoom platforması üzərindən onlayn qoşulub.

İclasa sədrlik edən Mərkəzin elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Samir Kərimov giriş nitqində bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlarının müzakirəsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyətinin 1 iyun 2026-cı il tarixli qərarı qəbul edilmişdir. Qərarda 2026-cı ilin birinci yarısında aparılmış elmi-tədqiqat işlərinin, həmçinin elmi-təşkilati fəaliyyətin yekunlarına dair yarımillik hesabatların müzakirəsinin keçirilməsi və 3 iyul tarixinədək müvafiq elmi şöbəyə təqdim edilməsi tapşırılmışdır.

Sonra Mərkəzin elmi katibi tar.ü.f.d. Cəmil Quliyev 6 aylıq hesabat məruzəsi ilə çıxış edib.

Hesabat məruzəsində Lənkəran Regional Elmi Mərkəzinin struktur vahidləri tərəfindən görülən işlər, aparılmış tədqiqatlar və əldə olunan elmi nəticələr, həmçinin həyata keçirilmiş və ya iştirakı təmin edilmiş elmi tədbirlər barədə məlumat verilib. Müzakirələrdə mərkəzin şöbə müdirləri – b.ü.f.d., dos. Sevinc Hüseynova, Aqil Həsənov və Sərraf Talıbov çıxış edərək görülmüş və planlaşdırılan işlər barədə məlumat veriblər.

AMEA Rəyasət Heyəti Aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov müzakirələrə yekun vuraraq, Lənkəran Regional Elmi Mərkəzinin 6 ay ərzində gördüyü işləri qənaətbəxş hesab edib, tövsiyələrini bildirib, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda müzakirə olunan məsələlər ilə əlaqədar qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: