AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşı İlahə Əsgərova Şotlandiyanın Aberdin şəhərində yerləşən Aberdeen Universitetinin Elphinstone İnstitutu və The Folklore Society tərəfindən təşkil olunan “Folklore on the Move” beynəlxalq elmi konfransında onlayn iştirak edib.
Konfrans folklor, mədəni yaddaş və miqrasiya mövzuları üzrə dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirib.
İ.Əsgərova konfransın “Refuge, Exile and Survival” bölməsində “Toponyms in Karabakh Legends and Narratives in the Context of Movement Folklore - against the backdrop of the refugee and forced displacement processes of the 1990s” (“Qarabağ əfsanə və rəvayətlərində yer adları hərəkət folkloru kontekstində -1990-cı illərdə baş vermiş qaçqın və məcburi köçkünlük prosesləri fonunda”) mövzusunda məruzə təqdim edib. Məruzədə Qarabağ toponimlərinin 1990-cı illərdə baş vermiş məcburi köçkünlük prosesləri fonunda insanların yaddaşında və folklor mətnlərində yaşadılması məsələləri haqqında danışıb.
Təqdim olunan məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.