Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında olub.
Qonaqlar əvvəlcə AMEA-nın Əsas binası ilə tanış olublar. Onlara binanın memarlıq üslubu, Akademiyanın yaranma və inkişaf tarixi, ölkənin elmi həyatında oynadığı rolu barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti Akademiyanın akt zalına da baxış keçirib.
Sonra qonaqlar Akademiya şəhərciyində salınmış Nadir ağaclar parkını ziyarət ediblər.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova parkda becərilən nadir və relikt ağac növləri və parkın elmi-maarifləndirici əhəmiyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, park Azərbaycan təbiətinin zənginliyini əks etdirən elmi-ekoloji məkanlardan biridir.
Nümayəndə heyətini AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev və Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva müşayiət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.