Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.06.2026 15:48
  • A-
  • A
  • A+

Kimya İnstitutunda “Gənclərə Dəstək” maarifləndirici seminarı keçirilib

Kimya İnstitutunda “Gənclərə Dəstək” maarifləndirici seminarı keçirilib

AR Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Layihələr və qrantlar sektorunun təşkilatçılığı ilə “Gənclərə Dəstək” maarifləndirici seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan sözügedən sektorun baş mütəxəssisi İranə Cabbarova bildirib ki, seminar gənclərin elmi və akademik potensialının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, magistratura və doktorantura üzrə təqaüd proqramlarının qazanılması yolları, eləcə də beynəlxalq təqaüd və xaricdə təhsil proqramlarından faydalanma imkanlarının təqdim edilməsi məqsədilə təşkil olunub.

Sonra tədbirdə k.e.d., professor Etibar İsmayılov geniş təqdimat ilə çıxış edərək iştirakçılara elmi karyera imkanları, magistratura və doktorantura üzrə beynəlxalq təqaüd proqramları, xaricdə təhsil imkanları barədə ətraflı məlumat verib. Məruzəçi PhD və elmi tədqiqatlar, doktorantura təhsili üçün tam maliyyə dəstəyi göstərən Fulbright (ABŞ),  Erasmus Mundus (Avropa), DAAD (Almaniya) və s. proqramlar haqqında ətraflı danışaraq gənc tədqiqatçıları bu proqramlarda aktiv iştirak etməyə çağırıb.

Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və onların gələcək akademik inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: