Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.06.2026 17:45
  • A-
  • A
  • A+

“Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclas keçirilib

“Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclas keçirilib

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə AMEA-da keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda Beynəlxalq Konqres çərçivəsində “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” adlı panel iclas keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin moderatorluğu ilə baş tutan paneldə Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdilacan Axmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi Qətibə Quliyeva, Qırğızıstan–Türkiyə Manas Universiteti Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin direktoru, professor Süleyman Barbaros Yalçın, Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu və Beynəlxalq Vizyon Universitetinin Balkan Araşdırmaları İnstitutunun dosenti Atilla Yorma Tapanı çıxış ediblər.

Çıxışlarda Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, həmçinin beynəlxalq akademik əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Konqres öz işini türkologiyanın aktual istiqamətləri, ortaq elmi irsin araşdırılması və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrlə davam etdirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: