Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2026 13:00
  • A-
  • A
  • A+

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib.

İclasda RSXM rəhbərliyi, mərkəzin Elmi-Texniki Şurasının üzvləri, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər. ETŞ-nin iclasında əsas müzakirələr 2026-cı ildə  mərkəzdə aparılmış elmi və elmi-istehsalat işləri ilə bağlı müvafiq şöbələr üzrə yarımillik hesabatlar təqdimatı ilə bağlı olub.

İclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyi elan edib.

ETŞ üzvlərinin gündəliyi təsdiqləməsindən sonra mərkəzin müvafiq şöbələrinin rəhbərləri 2026-cı ilin birinci yarısında Azərbaycanda aparılmış kompleks seysmoloji - geofiziki - geodinamik və geokimyəvi tədqiqatlar, elmi - istehsalat sahəsində görülmüş işlər, beynəlxalq əməkdaşlıq, elmmetrik bazalardakı vəziyyət və elektron elmin inkişafı, media və dövlət qurumları ilə kommunikasiya, tədbirlərin təşkili, mərkəzdə gənc kadrların bilik və bacarıqlarının inkişaf etdirilməsi sahəsində həyata keçirilən işlər və xarici dil biliklərinin artırılması istiqamətində keçirilən kurslar, Həmkarlar Təşkilatının fəaliyyəti,  Gənc Alim və Mütəxəssislər Şurasının il ərzində apardığı işlər və digər təşkilati məsələlərlə bağlı məruzələr təqdim ediblər.

Müzakirələr zamanı məruzəçilər Elmi-Texniki Şuranın üzvlərinin suallarını cavablandırıblar.

Müzakirələrdən sonra çıxış edən BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əli Novruzov aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirib. RSXM-də geofiziki-seysmoloji-geodinamik və geokimyəvi tədqiqatların komplüks şəkildə aparılmasını müsbət hal kimi qiymətləndirən alim bu cür tədqiqatların elmin inkişafına da böyük töhfə verdiyini bildirib.

İclasda həmçinin Elmi-Texniki Şuranın gündəliyinə daxil olan digər məsələlərə də baxılıb. İclas yarımillik hesabatların qəbul edilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: