Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.07.2026 11:30
  • A-
  • A
  • A+

“Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” mövzusunda elmi seminar keçirilib

“Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” mövzusunda elmi seminar keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin təşkilatçılığı ilə “Rəqəmsal elm dövrü: Qlobal reytinqlər” adlı növbəti elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq 2026-cı ilin birinci yarısında rəqəmsallaşma və süni intellekt sahəsində görülən və planlaşdırılan işlər barədə məlumat verib.

Seminar çərçivəsində institutun elmi tədqiqat şöbələrinin süni intellekt üzrə koordinatorlarının hesabatları dinlənilib. Elmmetrik bazalar, rəqəmsallaşma və süni intellekt üzrə müəyyən edilmiş mövzularla bağlı görülən işlər qeyd edilib.

Seminarda Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Nigar Camalovanın “Qlobal və yerli reytinq platformaları: GSRR, SciRank Global, National H-index Ranking” adlı məruzəsi dinlənilib. Məruzədə alim reytinqləri, reytinq cədvəllərinin yaradılması kriteriyaları, reytinq cədvəllərinin növləri, GSRR və SCİRank Global reytinq platformaları, Azərbaycanın  National H-index Ranking reytinq platforması haqqında ətraflı məlumat verilib.

Şöbə müdiri Azərbaycanın  National H-index Ranking reytinq platformasında tədqiqatçıların qeydiyyat prosesini əyani sərgiləyib. Seminarda Elmmetrik bazalarda tədqiqatçı profillərinin zənginləşdirilməsinin alim reytinqinə müsbət təsirləri xüsusi vurğulanıb. İştirakçıların çoxsaylı sualları cavablandırılıb, növbəti seminarın süni intellekt əsaslı təhlilə həsr ediləcəyi bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: