Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.07.2026 12:30
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər

Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər

AR ETN Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva və aparıcı elmi işçi biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədovanın həmmüəllif olduqları “Azərbaycan üçün yeni olan üç qaraciyərotu taksonu” (Three liverwort taxa new to Azerbaijan) adlı elmi məqalə “Bangladesh Journal of Plant Taxonomy jurnalında dərc olunub. Jurnal beynəlxalq elmi bazalarda indekslənir və Q2 kvartilinə daxildir.

Zaqatala, Şabran və Astara rayonlarında aparılmış brioloji tədqiqatlar zamanı qaraciyərotu mamırlarına aid Scapania calcicola, Barbilophozia hatcheri və Porella cordaeana növləri ölkənin briofit florası üçün ilk dəfə qeydə alınıb. Məqalədə yeni qeydə alınmış növlərin morfoloji xüsusiyyətləri, coğrafi yayılması, ekoloji xüsusiyyətləri, illüstrasiyaları və onlara morfoloji cəhətdən oxşar növlərlə müqayisəli təhlili təqdim olunub. Aparılan morfoloji araşdırmalar və beynəlxalq taksonomik mənbələrlə müqayisələr nəticəsində bu növlərin Azərbaycan briofit florası üçün yeni olduğu təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: