Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Toxumalarda damarların genişlənməsini stimullaşdıran konstruksiyalar yaradılıb
16.05.2016 10:16
  • A-
  • A
  • A+

Toxumalarda damarların genişlənməsini stimullaşdıran konstruksiyalar yaradılıb

Rusiyalı və çinli alimlər qrupu işemiyaya məruz qalan toxumaların genişləndirilməsi üçün istifadə oluna biləcək konstruksiyalar hazırlayıblar. Alimlər yaratdıqları “hüceyrə təbəqəsi” adlanan mühəndis toxuma konstruksiyalarının köməyi ilə işemiyadan əziyyət çəkən toxumalarda damarların genişləndirilməsinə və regenerativ proseslərin stimullaşdırılmasına nail olublar.

Layihə müəlliflərindən biri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisi Pavel Makareviç bildirib ki, əldə edilən nəticəyə əsasən hüceyrə təbəqələrindən tərkibində sintetik və ksenogen komponentlərin olmadığı təsirli biomaterial kimi istifadədə yeni regenerativ tibb üsulunun hazırlanmasının mümkünlüyünə dair qərar qəbul edilib. Hazırlanan toxuma protezlərinin və toxuma ekvivalentlərinin formalaşma metodları yaxın gələcəkdə yanıq zədələrinin, trofik xoraların, ürək xəstəliklərinin, əl-ayaq işemiyasının, həmçinin digər yayılmış xəstəliklərin müalicəsi üçün əsas texnologiya ola bilər. Beləliklə, əldə edilən nəticələr regenerativ tibbə töhfəsini verəcək.

www.gazeta.ru

  • Paylaş: