K.İ.Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin “Qazax dili” kafedrasın əməkdaşları - filologiya elmləri doktoru, professor Koyanbekova Sara, filologiya üzrə fəlsəfə doktoru Nurmuxanbetova Karlyqaş, filologiya üzrə fəlsəfə doktoru Jonveşov Bauırjan, filologiya üzrə fəlsəfə doktoru Ospanova Bayandı, filologiya üzrə fəlsəfə doktoru İbray Arşagul, Azərbaycan Texniki Universitetinin Azərbaycan dili kafedrasının müdiri dosent Həbib Mirzəyev AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda qonaq olublar.
Qazaxlı alimlər Dilçilik İnstitutunun Müasir Azərbaycan dili, Türk dilləri, Termionolgiya, Azərbaycan dilinin tarixi şöbələrinin tədqiqat istiqamətlərilə tanış olublar.
Türk dilləri şöbəsində görüş zamanı universitet ilə əməkdaşlığın əsas istiqamətləri, qazax və Azərbaycan dilinin müxtəlif sahələrinə aid birgə müqayisəli tədqiqatların aparılması, ortaq elmi məqalələrin hazırlanması, rəqəmsal türkologiya məsələləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.