Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.08.2026 09:34
  • A-
  • A
  • A+

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Tovuz rayonunda fitohelmintoloji tədqiqatlar aparıblar

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Tovuz rayonunda fitohelmintoloji tədqiqatlar aparıblar

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları 13–18 iyul 2026-cı il tarixlərində Tovuz rayonunun müxtəlif kəndlərində yerləşən aqrosenozlarda elmi ekspedisiya keçiriblər.

Tədqiqatlarda institutun Parazitologiya laboratoriyasının elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Gülnarə Hüseynova, elmi işçi Suman Məmmədhəsənova və kiçik elmi işçi Vüsalə Səfixanova iştirak ediblər.

Ekspedisiya zamanı fitonematoloji tədqiqatlarda qəbul edilmiş çöl və laboratoriya metodlarından istifadə olunub.

Aparılan tədqiqatların əsas məqsədi aqrosenozlarda yayılan bitki parazit nematodlarının növ tərkibinin, yayılma xüsusiyyətlərinin və təsərrüfat əhəmiyyətinin öyrənilməsi, əldə olunan nəticələr əsasında kənd təsərrüfatı bitkilərinin mühafizəsi istiqamətində elmi əsaslandırılmış tövsiyələrin hazırlanmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: