Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Cənubi Koreya alimləri dərialtı günəş batareyası yaradıblar
18.05.2016 16:43
  • A-
  • A
  • A+

Cənubi Koreya alimləri dərialtı günəş batareyası yaradıblar

Koreya Respublikasının Kvancu Elm və Texnologiyalar İnstitutunun mütəxəssisləri insan dərisinin altına yerləşdirilə bilən miniatür günəş batareyası hazırlayıblar. Dərialtı batareya orqanizmə implantasiya edilən kardiostimulyator kimi cihazların fasiləsiz enerji ilə təmin edilməsi  üçün nəzərdə tutulub.

Alimlər qeyd ediblər ki, insan orqanizminə cərrahi müdaxilə yolu ilə yerləşdirilən adi tibbi elektrik cihaz batareyalarının işləmə müddəti 5-8 ildir. Fəaliyyət müddəti bitmiş bu günəş batareyasının dəyişdirilməsi üçün təkrar əməliyyat tələb olunur. Mütəxəssislərin sözlərinə görə, yeni kəşf elektrik enerjisi çatışmazlığı ilə bağlı problemin həllinə imkan verir. Enerji sutka ərzində günəş şüalarından 2 saat toplamaqla təmin edilir.

Bildirilir ki, kəşf Cənubi Koreya hökumətinin maliyyələşdirdiyi layihə çərçivəsində edilib. Batareya  1/15 insan saçı qalınlığında (6-7 mikrometr) olan elastik plastin şəklindədir. Gücü 647 Vatt təşkil edən batareya 0,07 kv.sm yer tutur. Yeni batareya hətta insan öz dərisinəgünəş şüaları ilə birlikdə daxil olan ultrabənövşəyi şüaların qarşısını alan dərman preparatı vursa belə uğurla enerji toplaya bilir.

“Biz kəşfimizin insan orqanizminə yerləşdirilən və külli miqdarda enerji xərcləri tələb edən elektron cihazlarda aktiv istifadə ediləcəyini gözləyirik” - miniatür batareyanı yaradan alimlər qrupunun rəhbəri, professor Li Çjon Ho bildirib.

www.abc.net.au

  • Paylaş: