Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar: Mars və Yer bu həftə maksimum yaxınlaşacaq
19.05.2016 16:21
  • A-
  • A
  • A+

Astronomlar: Mars və Yer bu həftə maksimum yaxınlaşacaq

Bu həftə Yer sakinləri sapsarı “ulduzu” yaxından izləyə biləcəklər. Astronomlar iddia edirlər ki, Mars on il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq.

news.mail.ru saytı xəbər verir ki, qırmızı və mavi planetlər arasında məsafə 76 milyon kilometr təşkil edəcək. Alimlər Marsın yeni, daha dəqiq görüntüsünü almağa ümid edirlər.

Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. Planetlər arasında ən yaxın məsafə mayın 30-da olacaq. Lakin bu rekord deyil, 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən az olub. Bu rekord 2018-ci ilin iyulunda təkrar oluna bilər.

  • Paylaş: