Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Mahirə Hüseynovanın “Zamanın alimi və insanlıq brendi” adlı kitabı çapdan çıxıb
12.09.2026 11:16
  • A-
  • A
  • A+

Professor Mahirə Hüseynovanın “Zamanın alimi və insanlıq brendi” adlı kitabı çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə professor Mahirə Hüseynovanın professor İsmayıl Kazımov haqqında “Zamanın alimi və insanlıq brendi” adlı kitabı nəşr olunub.

Nəşrin elmi redaktoru professor Nadir Məmmədli, rəyçilər dosent Günel Hüseynova və filologiya üzrə fəlsəfə doktoru Dilbər Camalidir.

Kitab Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımovun elmi fəaliyyəti və yaradıcılığını əks etdirir. Kitabda alimin zəngin, elmi-publisistik irsi, onun dilçilik sahəsindəapardığı tədqiqatlar və ümumilikdə elmi yaradıcılığı ətraflı məlumat təqdim olunur.

Bununla yanaşı, onun elmi-pedaqoji fəaliyyəti barədə müxtəlif fikirlər, əsərlərinə verilən qiymətləndirmələr, beynəlxalq və respublika səviyyəli konfrans, simpoziumun və elmi müşavirlərdə etdiyi etdiyi çıxış və məruzələr yer almışdır.

İsmayıl Kazımov – 70: Zamanın alimi və insanlıq brendi” kitabı belə bir şəxsiyyətin ömür yoluna publisistik baxışdır.

Bu kitabda yubiley rəqəminin arxasında bir ömür, bir ömrün arxasında isə bütöv bir şəxsiyyət dayanır. Bu şəxsiyyətin elmi tərəfi qədər insani tərəfi də önəmlidir. Çünki tarix yalnız böyük alimləri deyil, böyük insan olmağı bacaran alimləri daha uzun müddət xatırlayır.

İsmayıl Kazımov haqqında bu kitabın əsas mesajlarından biri də budur: insan öz adına deyil, özündən sonra qalacaq dəyərlərə çalışmalıdır.

Nəşr İsmayıl Kazımovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş və geniş oxucu auditoriya üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: