Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.09.2026 10:52
  • A-
  • A
  • A+

“Bakı Zəfəri” mövzusunda dəyirmi masa keçirilib

“Bakı Zəfəri” mövzusunda dəyirmi masa keçirilib

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 15 sentyabr 1918-ci ildə Bakının azad edilməsinin 108-ci ildönümünə həsr olunmuş “Bakı Zəfəri: hərbi-siyasi mübarizə və tarixi nəticələr” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə institutun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, t.e.d., dos. İlqar Niftəliyev açaraq Bakının bolşevik-daşnak işğalından azad edilməsinin Azərbaycan tarixinin mühüm mərhələlərindən biri olduğunu bildirib, bu hadisənin hərbi-siyasi əhəmiyyətindən danışıb. Mürəkkəb hərbi-siyasi dövrdə Bakının azad edilməsinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixində mühüm hadisə olduğunu vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, t.e.d., dos. Kamran İsmayılov “Bakının azad edilməsinin Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı ictimai-siyasi vəziyyətinə təsiri” mövzusunda çıxış edib.

Aparıcı elmi işçi, t.ü.f.d., dos. Mübariz Ağalarlı Azərbaycan mühacirət mətbuatında 15 sentyabr Bakı zəfərinin əks olunmasından, xüsusilə “İstiqlal” qəzeti və “Qurtuluş” məcmuəsində bu hadisəyə verilən qiymətdən bəhs edib.

T.ü.f.d. Aygün Əzimova “Bakının azad edilməsi ərəfəsində şəhərdə siyasi böhran” mövzusunda məruzə ilə çıxış edib. Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: