Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2026 16:50
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib

Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyat məsələlərinə aid müzakirə keçirilib.

Müzakirədə Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, AMEA Rəyasət Heyətinin Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədov, həmin sektorun böyük məsləhətçisi Elşad Əliyev və İnstitutun bir sıra əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Tədbirdə həmin konsepsiyanın tələblərinə uyğun olaraq ədəbiyyatla bağlı müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini Mehman Həsənli Konsepsiyanın tarixi əhəmiyyətindən söz açıb. Mədəniyyət Nazirliyi ilə Ədəbiyyat İnstitutunun birgə layihələrinin hazırlanması və həyata keçirilməsinin Azərbaycan ədəbiyyatının inkişafı və təbliği baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədov Azərbaycan ədəbiyyatının müasir inkişaf tendensiyalarının öyrənilməsi və dünya ədəbiyyatına inteqrasiyasının “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas istiqamətlərinə uyğun gəldiyini söyləyib. Bu məsələlərin həyata keçirilməsi üçün ədəbiyyatşünas alimlərlə müzakirənin əhəmiyyətli olacağını bildirib. Verilən təkliflər əsasında bir sıra layihələrin gerçəkləşəcəyinə ümid ediyini vurğulayıb.

Müzakirədə Ədəbiyyat İnstitutunun əməkdaşlarından Nərgiz Cabbarlı, Almaz Ülvi, Bəsirə Əzizəliyeva, Şahbaz Şamığolu, Şəbnəm Mirzəzadə, Pəri Hümmətova, Lalə Həsənova, Töhfə Talıbova, İsmixan Osmanlı, Maya Həsənli, Nərmin Həsənova, Seyidnisə Lətifli, Nigar İsayeva, Orxan İsayev, Esmira Fuad müxtəlif təkliflərlə çıxış ediblər.

Müzakirələrlə bağlı AMEA Həyasət Heyətinin nümayəndələri olan Sərxan Xavəri və Aynur Mahmud da öz fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: