Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2026 17:06
  • A-
  • A
  • A+

Riyaziyyat İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Riyaziyyat İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, Azərbaycan xalqının birlik və həmrəyliyini, hərbçilərimizin göstərdiyi şücaət və fədakarlığı əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Riyaziyyat İnstitutunun direktor v.m.i.e., direktor müavini, t.e.d, dosent Elxan Səbziyev çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən və Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 27 Sentyabr tarixinin ölkə təqvimində ən vacib və əlamətdar günlərdən biri olduğunu vurğulayıb. E.Səbziyev 27 Sentyabrın Azərbaycan xalqının milli yaddaşında qəhrəmanlıq, birlik və qürur rəmzi kimi xüsusi yer tutduğunu qeyd edib. Həmin gün başlanan 44 günlük Vətən müharibəsinin xalqımızın iradəsini və ordumuzun rəşadətini bütün dünyaya nümayiş etdirdiyini, tarixi Zəfərlə nəticələnərək uzun illər davam edən işğala son qoyduğunu vurğulayıb.Çıxış zamanı şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, onların Vətən naminə göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Elxan Səbziyev Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: