Sentyabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsində Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə birgə təşkil etdiyi “Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində görkəmli sənətkardır” mövzusunda tədbir keçirilib.
Çıxış edənlər Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, milli poeziyanın inkişafında müstəsna rolundan danışıblar.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləmişdir. Səməd Vurğunun dili Azərbaycan ədəbi dilinin ən parlaq, sadə və xalq ruhuna yaxın nümunəsi hesab olunur, onun poeziyasında milli ruh, folklor ənənələri və zəngin bədii təsvir vasitələri hakimdir. Şairin dili “qılınc kimi” kəsərli, eyni zamanda son dərəcə axıcı və aforizmlərlə zəngin olmuşdur. Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisist, tənqidçi, alim, ictimai xadim, mədəniyyətin fəal qurucusu idi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.