Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2026 15:36
  • A-
  • A
  • A+

Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

29 sentyabr 2026-cı il tarixində Xəzər Universiteti və FAO-nun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

“Maarifləndirmədən fəaliyyətə” şüarı ilə keçirilən tədbirdə quduzluğun qarşısının alınması, “Vahid Sağlamlıq” yanaşması və insan, heyvan və ətraf mühit sağlamlığı sahələrində sektorlararası əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Toplantıda dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi-tədqiqat müəssisələrinin, baytarlıq və ictimai səhiyyə, eləcə də özəl sektorların nümayəndələri iştirak ediblər.

Tədbirdə AR ETN Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Pənah Muradov da iştirak edib. Görüş çərçivəsində quduzluqla mübarizədə elmi yanaşmaların praktiki tədbirlərlə əlaqələndirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: