Bakıdakı 43 nömrəli liseyin səkkizinci sinif şagirdləri AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.
Təhsil ilə elmin vəhdəti çərçivəsində muzeydə şagirdlər üçün ədəbiyyat fənni üzrə açıq dərs təşkil edilib. Açıq dərsdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə mühazirələr dinlənilib, görkəmli sənətkarın əsərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası barədə ətraflı məlumat verilib.
Sonra şagirdlər muzeyin eksponat və ekspozisiyaları ilə yaxından tanış olublar.
Qeyd olunub ki, muzeydə təşkil edilən bu cür tədbirlər məktəblilərin dünyagörüşlərinin inkişafında mühüm rol oynayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.