Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 14:12
  • A-
  • A
  • A+

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

İclası giriş sözü ilə açan institutun direktoru professor Nadir Məmmədli bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etməklə, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bu qələbə təkcə Qarabağ torpaqlarının deyil, bütün regionun gələcək inkişafının, sabitliyin və əməkdaşlığın əsasını təşkil etdi.

8 Noyabr xalqımızın öz milli dövlətçiliyi ilə qürur hissi keçirdiyi, fəxr etdiyi tarixi bir gündür, müasir tariximizdə böyük bir mərhələnin başlanğıcıdır. Zəfər Günü yalnız hərbi Qələbənin ildönümü deyil, həm də milli həmrəyliyin, dövlətçilik ənənələrinin, Vətən sevgisinin və gələcək nəsillərə ötürülən qəhrəmanlıq ruhunun təcəssümüdür. Bu tarix Azərbaycan xalqının öz gücünə, dövlətinə və ordusuna inamının ən parlaq ifadəsi kimi yaddaşlarda yaşayacaq.

Sonda çıxış edən professor İlhami Cəfərov, filologiya elmləri doktoru Zenfira Əliyeva, dosentlər Elçin İsmayılov və Təranə Şükürlü bilbidirib ki, Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də ədalətin, milli iradənin və dövlətçilik düşüncəsinin qələbəsidir. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər uzun illər davam edən Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, beynəlxalq münasibətlər sistemində münaqişələrin sülh və ədalət əsasında həllinin yeni modeli kimi dəyərləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: