Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnfeksiyanın yayılma ərazisini proqnozlaşdıran model hazırlanıb
17.06.2016 16:18
  • A-
  • A
  • A+

İnfeksiyanın yayılma ərazisini proqnozlaşdıran model hazırlanıb

Məlumdur ki, 60-70%-ə qədər yoluxucu xəstəliklər zoonoz xarakter daşıyaraq heyvan və həşəratlar vasitəsiylə insana ötürülür. Qeyd edək ki, virusların əksər növlərinin yayılmasında yarasaların rolu böyükdür.

Londonun Universitet kollecinin bir qrup alimləri tərəfindən zoonoz xarakterli infeksiyaların yayılma ərazisini proqnozlaşdıran model hazırlanıb.

Alimlər qrupunun rəhbəri, professor Keyt Consonun sözlərinə görə, tədqiqatçılar 1967-2012-ci illərdə Qərbi Afrikada Lassa hərarətinin 408 məlum epidemiyasını öyrənib və alınmış məlumatları torpaqdan istifadədə və məhsuldarlıqda baş verən dəyişikliklərlə, həmçinin havanın hərarəti, yağıntı miqdarı, insanların davranışı və tibbi yardımın əlçatan olub olmaması ilə müqayisə ediblər.

Bundan əlavə, xəstəlik yayan “Mastomys natalensis” adlı siçovul növü tətqiq edilib. Alınmış məlumatların yerləşdirildiyi model iqlim dəyişikliklərini nəzərə alaraq müəyyən ərazilərdə infeksiyanın yayılmasını proqnozlaşdırma bacarığına malikdir.

Beləki, alimlərin hesablamalarına görə, iqlim dəyişikliyi və sürətli əhali artımı ilə əlaqədar olaraq Qərbi Afrikada 2070-ci ilə qədər yoluxucu xəstəliklərdən əziyyət çəkən insanların sayı 195000–dən 406000-dək artacaq. 

www.naked-science.ru

  • Paylaş: