Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çinli alimlər plastiki maye yanacağa çevirməyə müvəffəq olublar
21.06.2016 11:52
  • A-
  • A
  • A+

Çinli alimlər plastiki maye yanacağa çevirməyə müvəffəq olublar

Çin kimyaçı alimləri polietileni maye yanacağa çevirmək üçün effektiv metod hazırlayıblar. Əgər yeni prosesə sənaye miqyasında start verilsə, insanlar planetdə plastik tullantıların həcmini azalda biləcək.

Qeyd edək ki, polietilen dünyada ən geniş yayılmış plastikdir: bu maddədən hər il yüz milyon tondan çox istehsal edilir. Yüksək inertliyə malik olan sözügedən maddə başqa materiallarla demək olar ki, reaksiyaya girmir. Bu da öz növbəsində polietilenin təbiətdə parçalanma prosesini yüzlərlə ilə qədər uzadır.

Belə ki, Çin Elmlər Akademiyasının alimi Çin Xuan (Zheng Huang) və onun həmkarları dörd illik tədqiqatın nəticəsini açıqlayıb. Onlar ucuz üzvimetallik katalizatorun əlavə edilməsiylə cəmi 150 dərəcə temperaturlu şəraitdə parçalanma metodu işləyib hazırlayıblar (məsələn: petroley efiri ilə iridium). Katalizator plastikdə olan karbon və hidrogen atomlarının arasındakı əlaqələri zəiflədərək parçalanma prosesini sürətləndirir. Bundan başqa, bu reaksiya nəticəsində yaranan maddə maye dizel yanacağı kimi istifadəyə yararlıdır.

Alimlər bu metoddan istifadə nəticəsində bir neçə paket və butulka parçalamağı bacarıblar. Lakin sənaye miqyasında istifadə üçün yeni metod hələ ki, yararlı deyil. Hazırda katalizatorla plastikin nisbəti birə otuz hissə təşkil edir, ancaq bu prosesin kommersiya məqsədli tətbiqi üçün bu nisbət birə on min və ya milyon təşkil etməlidir. Həmçinin, platin qrupuna aid olan nadir və bahalı metal hesab edilən iridiumu daha ucuz metalla əvəz etmək lazım olacaq.

www.lenta.ru/news

  • Paylaş: