M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Almaniyanın Polimer Tədqiqatlar İnstitutunun alimləri tərəfindən orqanik elektronikanın inkişafına təkan verəcək molekul tapılıb.
Alimlərin verdiyi məlumata görə, elmə 30 ildir məlum olan [3]-radialen adlı molekul orqanik yarımkeçiricilərin yaradılması zamanı istifadə oluna bilər. Dopant kimi istifadə olunan molekul polimer əsasa daxil edildikdə elektrik keçiriciliyi əhəmiyyətli dərəcədə artırır.
Müəlliflərdən biri olan Dmitri İvanovun sözlərinə görə, illərdir qeyri-orqanik yarımkeçiricilər üçün dopantların hazırlanmasına baxmayaraq, orqanik keçirilərdə onların istifadəsi haqqında elmi araşdırmalar azlıq təşkil edir. [3]-radialen ən minimal enerjili boş molekulyar orbitaldan ibarət olduğu üçün elektronlar daha asan şəkildə azad olaraq materialın keçiricilik qabiliyyətini artırırlar. Beləliklə, sözügedən molekul elm sahəsində məlum olan orqanik keçiricilər üçün dopantlar arasında ən güclü hesab oluna bilər.
Radialenlə aparılan eksperimentlər zamanı əldə olunan kvant-kimya hesablamalarının nəticələrinə əsasən, polimerlərlə yüksək səviyyədə həll olunan maddə onların elektrik keçiriciliyini yüz dəfəyə qədər artırmaq imkanına malikdir. Qeyd olunub ki, polimerin tərkibinə 50 faiz həcmində daxil edilən dopant faza təbəqələşməsi yaratmadan polimerin kristall strukturunu tədricən dəyişir. Bu zaman dopantın molekulları polimerin kristallarına tam uyğunlaşaraq yeni kristala çevrilir.