Amerikanın Stenford Universitetinin mütəxəssisləri lazımi kimyəvi və bioloji siqnallar, həmçinin gövdə hüceyrələrindən istifadə etməklə zədələnmiş sümük və əzələləri yenidən yetişdirməyin yolunu tapıblar.
Alimlərin sözlərinə görə, yeni toxumaların yetişdirilməsi cəmi bir neçə gün tələb edir.
Tədqiqatçılar iddia edirlər ki, tibbdə inqilab yaradacaq sözügedən üsul ürək tutması, ağır sümük travması, həmçinin oynaq xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, sümük və əzələlərin yetişdirilməsi artıq gəmiricilərin üzərində müvəffəqiyyətlə həyata keçirilib.