Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin anım tədbiri keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin anım tədbiri keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar şəhidləri və şəhid olmuş institutun aspirantı Yusif Sadıqovun xatirəsinin anım tədbiri keçirilib.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov açaraq 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində qoyduğu izdən, onların qanları bahasına qazanılan azadlıqdan bəhs edərək, gənclərimizi bu tarixi unutmamağa səsləyib. İnformasiya savaşında qalib gəlməyimiz üçün gənclərimizin həqiqətləri bilmələrinin və sosial şəbəkələrdə bu məlumatları yerləşdirmələrinin vacibliyini vurğulayıb.

Tədbirdə Yusif Sadıqovun bacısı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Sayalı Sadıqova qardaşı ilə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun riyaziyyat elminə, poeziyaya marağı olduğunu söyləyib.

Azərbaycan Dövlət İqtisad Universiteti yanında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rasim Həsənov 20 Yanvar gecəsinin ağır nəticələrindən söz açıb. Bu günün Azərbaycan xalqının qəhrəmanlıq günü olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: