26 iyul 2016-cı il tarixində saat 22:15-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda elektron tibbin bəzi problemləri və prioritetlərinin müzakirəsinə həsr olunub.
Proqramın qonağı Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb problemləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.