Avstraliyanın Adelaida Universitetinin və Qabaqcıl Təcrübə Mərkəzinin fizikləri tərəfindən nanomiqyaslı biofotonikada beyin hərarətini ölçə bilən hiperhissiyatlı zond hazırlanıb. Yeni texnologiya kəllə-beyin travmalarının və insultun nəticələrinin diaqnostikasını fərqləndirməyə imkan verəcək.
Zond ümumi uzunluğu təxminən 1 m olan optik lif və xarici diametri 0,51 mm olan 25 kalibrli tibbi iynədən ibarətdir. Tənzimçinin hazırlanması üçün 15 mm-dək hamarlanmış optik lif 4 mm qədər qısaldılmış iynəyə keçirilib. Bu zaman 2 mm uzunluqda optik lifin iynənin xaricində qalması təmin olunub. Bununla yanaşı, iynə qoruyucu giliz funksiyasını yerinə yetirir.
Hərarət ölçülməzdən əvvəl iynənin xaricində qalan optik lif bir saniyəlik sink-natriumun telluritasından ibarət olan məhlula daxil edilir. Sensorun həssaslığını artırmaq məqsədiylə məhlul az miqdarda erbi və itterbiumla aşqarlanır. Beləliklə, zondun tətbiqi zamanı beyinin toxumalarının temperaturundan asılı olaraq aşqarlanan elementlər rəngini dəyişir.
Doktor Stefan Musolinonun sözlərinə görə, yeni metodika temperaturu 0,1°С dəqiqliklə ölçməyə imkan verir.
Klinik sınaqlar çərçivəsində alimlər texnologiyanı MDMA ("ekstazi") təsirinə məruz qalmış gəmiricilər üzərində keçirmək niyyətindədirlər. Bununla yanaşı, eksperimentlər zamanı tetrasiklin və minosiklin antibiotiklərin narkotik preparatlar qəbulu nəticəsində pozulan beyin hərarətinin korreksiya qabiliyyətini araşdırmaq nəzərdə tutulur. Sınaq testlərdən sonra yeni zondun insan üzərində - kəllə-beyin travmalı, insult və ya beyindaxili qanaxmanın olduğu xəstələrdə beyinin temperaturunun monitorinqi üçün tətbiqi nəzərdə tutulur.