Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirildi.

Seminarı giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açdı.

Öncə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Ziyadxan Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə ilə çıxış etdi. O, mövzu üzrə əldə etdiyi yenilikləri həmkarları ilə bölüşdü. Məruzədə dördüncü tərtib qeyri-xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasiyasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici rol oynayan funksiyalar siniflərinin qurulmasından bəhs etdi.

Məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı. M.Mərdanov qeyd etdi ki, ənənəvi seminarların keçirilməsi Azərbaycanda riyaziyyat elminin inkişafına dəstək məqsədi daşıyır, seminarda gənc alimlərin iştirakına geniş yer verilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: